
Zelenski ilə görüşə hazıram - Putin
02:23
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyədə zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb.
Axar.az xəbər verir ki, hadisə Qaziantep şəhərində qeydə alınıb.
Minik avtomobili ilə fabrik işçilərini daşıyan iki mikroavtobusun toqquşması nəticəsində 10 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, polis əməkdaşları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.
Məlumata görə, yol qəzasına minik avtomobilinin mikroavtobusların hərəkət xəttinə çıxması səbəb olub.
Qəza ilə bağlı araşdırma aparılır.
Tarix
2025.06.18 / 23:42
|
Müəllif
Axar.az
|