Yuxarı

Çindən ilk yük qatarı Bakıya istiqamət aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çindən ilk yük qatarı Bakıya istiqamət aldı

Sinxua–Türkmənbaşı–Bakı istiqaməti üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə ilk yük qatarı hərəkət edib.

Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

100 standart konteynerdən ibarət, gündəlik tələbat məhsulları, geyim və aksesuarlar, metal armaturlar və digər mallarla yüklənmiş qatar Çinin şərqində yerləşən Cöcsyan əyalətinin Sinxua şəhərindən çərşənbə günü səhər saatlarında Türkmənistanın Türkmənbaşı limanına doğru yola düşüb. Yük oradan Xəzər dənizi ilə Bakı şəhərinə daşınacaq. Bu, Sinxua–Türkmənbaşı–Bakı marşrutu üzrə hərəkət edən ilk yük qatarıdır.

Qançjou Dəmir Yolu Logistika Mərkəzinin əməkdaşı Vu Syaopin bildirib ki, qatar Sinxua şəhərinin Cənub Dəmir Yolu Vağzalından çıxaraq Çini Sincan-Uyğur Muxtar Rayonunun Xorqos sərhəd-keçid məntəqəsindən tərk edəcək, sonra isə Almatı, Daşkənd, Aşqabad və Mərkəzi Asiyanın digər mühüm şəhərlərindən keçəcək.

“Sinxua–Bakı marşrutu üzrə yük daşımalarında multimodal daşıma üsulundan — "dəmir yolu – dəniz – dəmir yolu" kombinasiya modelindən istifadə olunur. Xəzər dənizini keçmək üçün Türkmənbaşı dəniz limanının seçilməsi, ənənəvi marşrutla müqayisədə daşınma müddətini təxminən bir gün qısaldacaq”, - Syaopin vurğulayıb.

Vu Syaopin əlavə edib ki, bu marşrutun uğurla açılması müəssisələrə daha səmərəli, rahat və etibarlı logistik həll təqdim edəcək, Çin ilə Mərkəzi Asiyanın beş dövləti, eləcə də Çin ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək.

Tarix
2025.06.19 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Prezident və xanımı Şamaxıda açılışda...

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

Bakıda mühüm toplantı: Prezidentin müraciəti oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla