Yuxarı

Bu gündən sertifikatlaşdırma üzrə müraciətlərə başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Axar.az xəbər verir ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib.

Test imtahanında 2019 nəfər müəllim iştirak edib, 95% davamiyyət qeydə alınıb.

Bildiririk ki, ötən gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər bu platformanın “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul saat 12-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Bununla yanaşı, təəssüflə bildiririk ki, bəzən ayrı-ayrı sosial media platformalarında təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı reallığı əks etdirməyən, cəmiyyət arasında çaşqınlıq yaratmağa yönəlmiş bəzi qeyri-dəqiq məlumatlar paylaşılır.

Bildirmək istərdik ki, bu kimi informasiyalar prosesin şəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıyır. Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə və təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu mühüm islahata dəstək olmağa çağırırıq.

Tarix
2025.06.19 / 00:00
Müəllif
Axar.az
Digər xəbərlər

Çanaqqalada meşə yanğınları başladı: uçuşlar dayandırıldı

Paşinyan Trampın nümayəndəsi ilə görüşdü

İlham Əliyev müharibəni qazandı, indi də... - PA rəsmisi

İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verdi

Hökumə Əliyevaya görə Bakı aeroportunda sükut - Video

Bakı və İrəvan sülh razılaşması imzalayacaq – Ağ Ev

XİN-dən Gürcüstan açıqlaması: Sülh yolu ilə...

Bakı və İrəvan arasında əldə edilən bu irəliləyiş... - Türkiyəli yazar

Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla