Yuxarı

Bu ölkə vasitəçi ola bilməz, səbəbi... - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə vasitəçi ola bilməz, səbəbi... - Putin

İki il öncə Almaniya kansleri Olaf Şolts və digər Avropa liderləri ilə müntəzəm danışıqlar aparılırdı. Bu danışıqlar elə Qərbin təşəbbüsü ilə dayandırılıb. Onlar özləri bu əlaqələrə son qoyublar. Buyursunlar, bərpa etsinlər. Biz açığıq, bunu dəfələrlə demişəm.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı almaniyalı jurnalistin sualını cavablandırarkən deyib.

“Vasitəçi neytral mövqedə olmalıdır. Amma biz döyüş meydanında alman tanklarını - “Leopard”ları görəndə, üstəlik, Federativ Respublikanın artıq Rusiya ərazisinə hücumlar üçün “Taurus” raketlərinin tədarükünü nəzərdən keçirdiyi və buna Bundesver zabitlərinin də cəlb olunduğu bir vaxtda böyük suallar yaranır", - Putin qeyd edib.

Putin əlavə edib ki, bu addımlar hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək, lakin münasibətləri tamamilə korlayacaq.

Onun sözlərinə görə, mövcud şəraitdə Almaniya neytral deyil, Ukraynanı dəstəkləyən, bəzən isə döyüşlərdə birbaşa iştirak edən tərəf kimi qəbul olunur.

Tarix
2025.06.19 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla