Yuxarı

Buş Putinin sözlərini ciddi qəbul etmədi, bu da nəticəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya Prezidenti Vladimir Putinin Ağ Evin o vaxtkı rəhbəri Corc Buşa ünvanladığı “Ukrayna hətta ölkə deyil” sözlərini, habelə Ukraynanı məhv etməklə hədələməsini ciddi qəbul etməyib.

Axar.az xəbər verir ki, bu barədə MKİ-nin keçmiş direktoru və ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta bildirib.

O qeyd edib ki, ABŞ Putinin dediklərinin hamısına - xüsusən də onun keçmiş SSRİ-nin suverenlik əldə etmiş respublikaları ilə bağlı sözlərinə inanmır:

"Amma boş yerə. Berlin divarının yıxılması və SSRİ-nin dağılmasından sonra öz dövlətlərini qurmağa başlayan keçmiş SSRİ respublikalarını biz həmişə suveren kimi qəbul etmişik. Bu dövlətçilik, Amerika liderlərinin fikrincə, nə o zaman, nə də gələcəkdə ləğv edilə bilər".

Onun sözlərinə görə, ABŞ Putinin 2014 və 2022-ci illərdə Ukraynaya hücum planlarını dayandırmaq üçün daha çox şey edə bilərdi:

"Putinin xüsusiyyətlərindən biri də özünü zəif hiss edəndə hərəkətə keçməsidir. Krımın ələ keçirilə biləcəyini görəndə fürsətdən istifadə etdi. O, Gürcüstan və Suriyanı da işğal edib. O, ABŞ-ın seçki sisteminə hücum edib və bunu davam etdirir. ABŞ Putinə kifayət qədər cavab vermir. O, hələ də bunu zəiflik kimi qəbul edir və təkrar-təkrar bundan istifadə edir".

Tarix
2024.10.19 / 20:43
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türk dövlətləri dəstəklədi: yeni şuralar yaradılır

Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə açıqlandı

Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov

Fidandan Cənubi Qafqazla bağlı açıqlama

Şok: Aleksanyanı Rusiyaya buraxmayan azərbaycanlı oliqarxdır

Azərbaycan və Ermənistan BRİKS-ə üzv olarsa...

Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir

İsrail bu uğura necə nail oldu? – Türk general

Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq!

Putin açıqladı: Yalnız İstanbul razılaşması əsasında...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla