Yuxarı

Kremlin bu addımından Çin narahatdır - 2 səbəbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın bütün qərarlarını Pekinlə birgə verməsi ilə razılaşmıram. Təbii ki, Şimali Koreya da Rusiya kimi bəzi qərarları Çinə çatdırır və Çinin maraqlarına zidd hərəkət etməməyə çalışır. Lakin Pxenyan müəyyən qərarlara Çinin razılığını almır. Pxenyanla Moskva arasında xüsusi münasibətlər məsələsi də onlardan biridir.

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

"Çin Şimali Koreyaya tam nəzarət etmir. Bəli, Şimali Koreya Çindən asılıdır, lakin o, heç vaxt Pekinin marioneti olmayıb. Stalinin dövründən Şimali Koreya Rusiyaya daha yaxın olub. İqtisadi baxımdan Şimali Koreya Çindən asılıdır, siyasi baxımdan isə Moskvaya yaxındır. Əgər ABŞ Şimali Koreyanın Çindən asılı olduğuna inansaydı, heç vaxt Pxenyanla danışıqlar aparmaz, birbaşa Pekinə müraciət edərdi. Və o zaman Tramp Şimali Koreya lideri ilə görüşmək üçün səfər etməli olmazdı.

Bəli, əminliklə demək olar ki, Çin Şimali Koreya ilə Moskva arasında strateji razılaşmaya həvəs göstərməyib. Çünki bu, Rusiyanın Pxenyana təsirini artırması deməkdir. Və Çin də iki səbəbdən Rusiyaya qoşun yeritmək qərarından narazıdır. Birincisi, bu, Çinin Şimali Koreyaya nəzarət etmədiyinə işarədir. Lakin ikinci səbəb daha vacibdir - bu, Çin-Braziliya sülh planına ziddir. Onun əsas məqsədi müharibənin gərginliyini azaltmaqdır. Başqa ölkənin bu müharibədə iştirakı isə eskalasiyadır. Bunu hətta Lukaşenko da deyib", - V.Fesenko qeyd edib.

Tarix
2024.10.27 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidze mesaj verdi: Qərbin maraqlarına uyğun...

Gürcüstanda seçkilərin rəsmi nəticəsi: Bu partiya qalib gəldi

İlham Əliyev Gürcüstan baş nazirini təbrik etdi

Nurəddin Məmmədli AXCP-dən istefa verdi

Ermənistanın Qarayusiflidə törətdiyi terrordan dörd il ötür

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Gürcü Arzusundan nəticələrə ilk reaksiya: Narazıdır…

Ziya Məmmədov bağ evini satışa çıxardı: qiyməti... - Foto

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla