Yuxarı

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusunun seçkini qazandığını açıqlasa da, müxalifət ekzit-pollun nəticələrini əsas götürərək, qələbəsini elan edib. Bu, çətin mərhələnin indi başlandığı deməkdir.

Tərəflərdən heç biri geri çəkilməməyə çalışacaq: müxalifətin hökumət binalarının bloklanması ssenarisi üzrə aksiyalara başlayacağı, hakimiyyətin inzibati resurslardan istifadə etməklə, vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcəyi bəllidir. Artıq hökumət binalarının ətrafına xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi məlumatları var.

Əsas məsələ Tiflisdə növbəti “rəngli inqilab”ın nə qədər real olmasıdır. Bu ehtimalı zəif görünür: müxalifət etiraz aksiyaları ilə hara qədər gedə biləcəyini daha öncədən ortaya qoyub və mümkündür ki, yeni aksiyalar uzunmüddətli olsa belə, yekun hədəfə yaxınılaşdırmayacaq; Qərbin Gürcüstanda hadisələrin inkişafını yönləndirəcək gücü əvvəlki qədər deyil.

Təzyiq dalğasının genişlənməsi rəsmi Tiflisi alternativlərə - Rusiya və Çinə daha çox yaxınlaşdıra bilər ki, bunda maraqlı olmayan Qərbin müxalifətin aksiyalarını dəstəkləməklə yanaşı, hakim partiya ilə də bütün “körpüləri yandırmamaq” xəttini tutacağı gözləntilər arasındadır.

Tarix
2024.10.26 / 23:35
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Nurəddin Məmmədli AXCP-dən istefa verdi

Ermənistanın Qarayusiflidə törətdiyi terrordan dörd il ötür

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticəsi: Kim öndədir?

Gürcü Arzusundan nəticələrə ilk reaksiya: Narazıdır…

Ziya Məmmədov bağ evini satışa çıxardı: qiyməti... - Foto

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla