Yuxarı

Zurabişvili “qələbə” statusu yaydı – nəticələr məyus etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkiləri saxtalaşdırmaq cəhdlərinə və diaspor səslərinin azlığına baxmayaraq, Avropa Gürcüstanı 52% səslə qalib gəlir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili X səhifəsində yazıb.

“Gürcüstan demokratiya, avropalıq və yetkinlik nümayiş etdirdi... Mən fəxr edirəm və Avropa gələcəyimizə əminəm!” – o bildirib.

Qeyd edək ki, artıq MSK-nın rəsmi nəticələri elan edilir. Hazırda bülletenlərin 69,94%-nin sayılmasından sonra hakim Gürcü Arzusu 52,98%-lə liderdir.

Zurabişvilinin qalib saydığı Avropa Gürcüstanının da daxil olduğu Birlik – Milli Hərəkat koalisiyası 9,08 faizlə Dəyişiklik üçün Koalisiyaya (11,99%) belə uduzur.

Tarix
2024.10.26 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Qarayusiflidə törətdiyi terrordan dörd il ötür

Tiflisdə kritik dönəm başladı: Müxalifət hərəkətə keçir

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticəsi: Kim öndədir?

Gürcü Arzusundan nəticələrə ilk reaksiya: Narazıdır…

Ziya Məmmədov bağ evini satışa çıxardı: qiyməti... - Foto

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla