Yuxarı

Dünyada 232 milyon miqrant var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada 232 milyon miqrant var

BMT-nin 2013-cü ildə gənclərin vəziyyəti və xüsusi ilə gənc miqrantların müasir dünyaya verdiyi töhfələrə və onların qarşılaşdığı çağırışlarla bağlı hesabatı açıqlanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, təşkilatın iqtisadi və sosial işlər üzrə departamentinin təqdim etdiyi hesabata əsasən, bu gün dünyada 232 milyon miqrant mövcuddur. Onların 30 faizi 29 yaşdan aşağı olan gənclərdir.

Hesabatda vurğulanır ki, iqtisadi, ekoloji və demoqrafik amillərin təsiri insanları miqrasiya etməyə məcbur edir və bu tendensiya artır. Sənədə həmçinin qeyd olunur ki, yaxşı təhsil və iş imkanların axtarılması, müharibədən, təbii fəlakətlərdən xilas olunması da gənclər arasında miqrasiyaya səbəb olan səbəblərdəndir.

Bununla belə, sənəddə miqrantların verdiyi töhfələr də sadalanır. Belə ki, hesabatın müəlliflərin qənaətinə görə, miqrantlar məskunlaşdığı ölkədə çalışıb, pul qazanaraq, gəlirin bir hissəsini vətənə göndərirlər, bununla da öz doğma ölkələrinə maddi cəhətdən kömək edirlər. Həmçinin miqrantlar onları qəbul edən ölkələrin sosial və mədəniyyət strukturunu zənginləşdirirlər.

BMT-nin təqdim etdiyi sənəddə vurğulanır ki, miqrantların axını problemlər də yarada bilər. "Belə ki, miqrantların doğma ölkələri "beyin köçməsi" ilə üzləşirlər və xüsusi ilə səhiyyə və təhsil sahəsində çalışan mütəxəssislərini itirirlər. Eyni zamanda miqrantlar onları qəbul edən ölkələrə gələndə yeni çətinliklər, çağırışlar, bəzən isə mənfi stereotiplər və diskriminasiya ilə üzləşirlər, bu da onların psixoloji durumuna təsir edə biləcək amillərdir", - deyə hesabatda vurğulanır.

Tarix
2014.02.15 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü

Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla