Yuxarı

Aznavur qarabağlıdan ötrü Putinə müraciət etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aznavur qarabağlıdan ötrü Putinə müraciət etdi

Fransada yaşayan məşhur erməni müğənni Şarl Aznavur erməni lobbisinin əsas üzvlərindən biri olan Levon Ayrapetyanın azadlığa buraxılması üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətində Aznavur Ayrapetyana 4 illik həbs cəzasının ləğv edilməsini istəyib. Onun sözlərinə görə, Ayrapetyanın sağlığı ona bu cəzanı çəkməsinə imkan vermir. Ermənistan mətbuatı Aznavurun açıq məktubunun altında 50 min nəfərin imzası olduğunu bildirib.

Qeyd edək ki, Ayrapetyan bir müddət öncə həbs edilib. Rusiya məhkəməsi onu dörd il azadlıqdan məhrum edib.

Erməni diasporunun ən fəal üzvü olan bu şəxsin həbsdə olması artıq əksər ermənilərin narahatlığına səbəb olub. Görünür, İrəvan və qondarma Qarabağ rejimi Ayrapetyanın dəstəyindən məhrum olublar. Üstəlik, milyarderin həbsdə olması ermənilər üçün yararlandığı beynəlxalq əlaqələrinin kəsilməsinə səbəb olub. Bu isə son aprel savaşından sonra zəifləyən erməni mövqelərinin beynəlxalq aləmdə də sarsılmasına əsas yaradır. Üstəlik, Ayrapetyan Ermənistan və Dağlıq Qarabağa xarici investisiyaları gətirən əsas şəxs hesab edilirdi.

Ayrapetyan bir müddət öncə "Başneft" şirkəti ilə bağlı qalmaqala görə həbs edilib. Rusiya 2014-cü ildə bu şirkətin "Sistema" korporasiyasına qanunsuz verilməsi ilə bağlı təhqiqat başladıb. İyul ayının 15-də Moskvanın "Domodedovo" aeroportunda Monakodan gələn təyyarənin trapı qarşısında Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən erməni milyarder Levon Ayrapetyan həbs edilib. O, "Başneft" şirkətinin səhmlərinin "Sistema" maliyyə korporasiyasına satılmasına dair cinayətkar sövdələşməyə girməkdə, cinayətkar yollarla qazanılmış vəsaitlərin leqallaşdırılmasında ittiham olunub.

Belə ki, Başqırdıstanın rəhbəri Murtaza Rəhimovun oğlu Ural Rəhimovun rəhbərlik etdiyi dövlət neft şirkəti "Başneft"in səhmlərinin 71,8 faizi "Sistema" korporasiyasına İqor İzmestyevin vasitəçiliyi ilə 2 milyard dollara satılıb. Bu sövdələşmədən L.Ayrapetyan 50 milyon dollar qazanıb.

Ayrapetyan Qarabağın Vəng kəndində anadan olub.

Tarix
2016.04.21 / 17:53
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla