Yuxarı

Əliyevlə Paşinyan arasında faydalı söhbət... - Putin

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında dəstək göstərəcəyik", - V.Putin səfirlərin, o cümlədən Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində deyib.

Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRİKS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb.

O əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir.

Tarix
2024.11.05 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

Rəhman Mustafayev Putinlə görüşdü - Video

Prezidenti Qırğızıstanda belə qarşıladılar - Video

İrəvandan təzminat tələbi: Bakı 6 gün sonra...

Bakı ilə gərgin danışıqlar gedir, ancaq... - Ovannisyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla