Yuxarı

Tramp seçki rekordu qırdı: Reyqan və Buşu geridə qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp latın amerikalı seçicilərin 46 faizinin dəstəyini qazanaraq yeni rekorda imza atıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp sabiq ABŞ prezidentləri Ronald Reyqan və Corc Buşu geridə qoyub, respublikaçı prezidentliyə namizədlər arasında latın amerikalıların səslərinin ən böyük payını qazanıb.

“Axios” nəşri yazır ki, Harrisin bu uğursuzluğu nəticəsində demokratlar son 20 ildə latın amerikalılar arasında ən pis göstəriciyə sahib olub.

“Edison Research”in sorğusuna əsasən, Trampı latın amerikalı kişilərin 55, qadınların isə 38 faizi dəstəkləyib.

Trampın bu uğuru 2004-cü ildə Corc Buşun aldığı 44 faizlik səsi üstələyib. Prezident Ronald Reyqan isə 1980-ci ildə latın amerikalıların 37 faiz səsini qazana bilib.

Hyuston Universitetinin politologiya üzrə professoru Geronimo Kortina bildirib ki, Tramp bütün mitinqlərində və reklam çarxlarında latın amerikalıların sosial-iqtisadi vəziyyəti haqqında danışsa da, demokratlar bununla bağlı aydın iqtisadi mesajlar verə bilməyiblər.

Tramp həmçinin əvvəllər demokratların üstünlük təşkil etdiyi ərazilərdə latın amerikalıların səslərini öz xeyirinə dəyişməyi bacarıb.

Tarix
2024.11.08 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Mənə dedilər ki, ordumuzun Azərbaycana təsiri…

Ərdoğanın Bəşər Əsədə tələbləri: Artıq addımlar atırıq!

Ərdoğan Putinə Türkiyənin iki şərtini çatdırdı!

Bakıda kəşfiyyat sahəsində üçtərəfli görüş keçiriləcək

Azərbaycan və NATO arasında mühüm müzakirə

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Gürcü Arzusu “gürcü seçimi” ilə üz-üzə

Kostanyan BMT tribunasından faşist Njdeni müdafiə etdi

Nikoldan Qarabağ açıqlaması: Hər kəs 9 ay hamilə qala bilər...

Bayramov İranda mühüm iclasda çıxış etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla