Yuxarı

Fransada müddətsiz tətillər və etirazlar başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti dövlət və sosial xərcləri ixtisar etmək, vergi gəlirlərini artırmaqla dövlət kəsirini azaltmağa səy göstərsə də, nəzərdə tutulan variantlar iqtisadiyyatın bir çox sahəsində gərginliyə səbəb olub.

Axar.az xəbər verir ki, belə vəziyyətdə hava və dəmir yolu nəqliyyatı, dövlət qulluğu və tibbi biologiya kimi müxtəlif sahələr qarşıdakı həftələrdə tətil elan ediblər.

Fransa Dəmir Yolları Milli Şirkəti (SNCF) noyabrın 21-ə ilk nümayişə, dekabrın 11-dən isə müddətsiz tətilə çağırış edib.

“Biz dedik ki, 21 noyabr aksiyası daha sərt və daha uzun bir tətildən əvvəl xəbərdarlıqdır. Biz sözdən hərəkətə keçirik”, - deyə “SUD-Rail”ın federal katibi Jülyən Trokaz mətbuata açıqlamasında bildirib.

Həmkarlar ittifaqları “Fret SNCF”in (Fransa Dəmir Yollarının yükdaşıma bölməsi – red.) ləğvinin, TER, “Transilien” və “Intercités” qatarlarının özəlləşdirilməsinin və “Resonances” planı ilə “SNCF Réseau”nun (dəmir yolları şəbəkəsi) parçalanmasının əleyhinə olduqlarını bildiriblər. Onlar sosial dempinq və qeyri-məhdud maliyyə gəliri strategiyasını pisləyirlər.

Tarix
2024.11.10 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Qəzada həlak olan Anar da Qroznıda işləyirmiş...

Onlar Prezidentə başsağlığı verdi

NATO-dan Aktaudakı təyyarə qəzası barədə açıqlama

Sisidən Əliyevə: Dərin kədər hissi keçirdim...

Bayramov gürcüstanlı həmkarı ilə danışdı

Qəzadan 13 gün əvvəl türk astroloqdan şok paylaşım - Foto

Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?

Szinpin İlham Əliyevə başsağlığı verdi

Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...

Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla