Yuxarı

Trampın qərarı İrəvanı buna məcbur edəcək - Qriqoryan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın qərarı İrəvanı buna məcbur edəcək - Qriqoryan

ABŞ-ın yeni administrasiyasında ayrı-ayrı şəxslər xarici siyasətin formalaşmasında əhəmiyyətli rol oynamayacaqlar.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan yeni Prezident Donald Tramp hökumətində erməniyönümlü şəxslərin yer almasını şərh edərkən deyib.

O, Trampın əvvəlki idarəçilik dövründə də bənzər tendensiyaların olduğunu və eyni şəkildə yeni rəhbərlik dövründə davam etdiriləcəyini bildirib:

“Bu tendensiyalar Ermənistana köməkdən çox mane olacaq. İlk növbədə ABŞ-ın özünü izolyasiya etməsi Vaşinqtonun regionumuza cəlbini əhəmiyyətli dərəcədə azaldacaq. Bu, vacib faktordur. Trampın siyasəti fərqli razılıqlar üzərində qurulub. Biz xatırlayırıq ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadakı kürdlər məsələsində necə razılığa gəldi. Eyni şey bizim regionda da edilə bilər.

Həmçinin Tramp hakimiyyətinin İran məsələsində mövqeyi bəllidir. ABŞ-ın Tehrana təzyiqləri artırması Ermənistana mənfi təsir göstərəcək. Bu səbəbdən Donald Trampın qayıdışı İrəvan üçün ancaq neqativ nəticələr verəcək. Beləliklə Ermənistan xarici siyasətlə bağlı bəzi qərarlarını dəyişməyə məcbur ola bilər”.

Tarix
2024.11.15 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

Petrosyan Paşinyana Qarabağla bağlı hansı məsləhəti verib?

Azərbaycan və Britaniya hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Ermənistan ən dinc dövrü yaşayır - Nazir

Bayramov Vyanada "Tramp marşrutu"ndan danışdı

İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz

Mirzoyan Hakan Fidanla görüşdü

Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşdü

Ermənistanın turizm sektoru rekorda yüksəldi - Bakıya görə

Bayramov Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla