Yuxarı

Qətər də təkzib etdi: HƏMAS üzvləri yoxa çıxıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətər də təkzib etdi: HƏMAS üzvləri yoxa çıxıb?

HƏMAS Siyasi Bürosunun liderləri hazırda Dohada deyillər, lakin hərəkatın Qətərin paytaxtındakı ofisi bağlanmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.

"Aydın deyəcəyəm, danışıqlar qrupunun bir hissəsi olan HƏMAS liderləri hazırda Dohada deyillər və bildiyiniz kimi, onlar müxtəlif paytaxtlar arasında hərəkət edirlər. Bunun nə demək olduğunu ətraflı açıqlamaq istəmirəm, amma sizə əminliklə deyə bilərəm ki, HƏMAS-ın Dohadakı ofisi vasitəçilik məqsədilə yaradılıb. Açığı, vasitəçilik olmayanda ofisin özünün heç bir funksiyası yoxdur", - o bildirib.

Xatırladaq ki, HƏMAS-ın yüksək rütbəli rəsmilərinin Dohanın Qəzza danışıqlarında vasitəçiliyi dayandırdığını elan etdikdən sonra keçən həftə Qətəri tərk edərək Türkiyəyə getdikləri barədə məlumat yayılmışdı. Türkiyə Xarici İşlər Nazirliyi də məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Tarix
2024.11.19 / 17:02
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla