Yuxarı

Təcili: Putin xalqa müraciət etdi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili: Putin xalqa müraciət etdi – Video

21:22

Rusiya lideri Vladimir Putin xalqa video-müraciət edib.

Axar.az xəbər verir ki, bir neçə dəqiqə öncə baş tutan müraciətdə Putin əsasən Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsi və Rusiyanın ilk dəfə qitələrarası ballistik raketlərdən istifadəsi istiqamətində danışıb.

Putinin əsas tezisləri bunlardır:

- Noyabrın 19-da ABŞ istehsalı olan altı ATACMS operativ-taktiki raketi və noyabrın 21-də Böyük Britaniya istehsalı olan “Storm Shadow” sistemləri ilə Bryansk və Kursk vilayətlərində Rusiya Federasiyasının hərbi obyektlərinə zərbələr endirilib; Rusiya hava hücumundan müdafiə qüvvələri hücumları dəf edib və düşmən öz məqsədlərinə nail olmayıb;

- Bu andan etibarən, biz dəfələrlə vurğuladığımız kimi, Ukraynada əvvəllər Qərbin təhrik etdiyi münaqişəyə qlobal xarakterli elementlər əldə edilib;

- Rusiya özünü Rusiya Federasiyasına qarşı silahdan istifadə edən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malik hesab edir;

- Qoşunlarımız bütün döyüş təmas xətti boyunca uğurla irəliləyir, qarşımıza qoyduğumuz bütün vəzifələr öz həllini tapacaq;

- Rusiya Silahlı Qüvvələri Amerika və Britaniya silahlarının Rusiyaya hücumlarına cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinin obyektinə kompleks zərbə endirdi;

- Rusiya eskalasiyaya qəti və güzgü effekti ilə cavab verəcək;

- Rusiyanın istifadə etdiyi raket “Oreşnik” adlanır. Hazırda “Oreşnik” raketlərinin qarşısını almaq mümkün deyil;

- Ən son rus raketləri hədəflərə saniyədə 2-3 km sürətlə hücum edir, düşmənin mövcud raketdən müdafiə sistemləri onların önünü kəsmir;

- Rusiya Federasiyası əvvəlcədən ukraynalı mülki şəxslərə raketlərdən istifadə edildikdə təhlükə zonasını tərk etməyi təklif edəcək.

- Rusiya Federasiyası Yujmaşı nüvəsiz hipersəs ballistik raketlə vurub;

- Rusiya dinc vasitələrə üstünlük verir, eyni zamanda hadisələrin istənilən inkişafına hazırdır, cavab həmişə olacaq.

Tarix
2024.11.21 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla