Yuxarı

Zelenski sözlərinə düzəliş etdi: Buna razı olmayacağıq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski sözlərinə düzəliş etdi: Buna razı olmayacağıq!

Kiyev heç vaxt Ukrayna ərazilərində Rusiyanın işğalını tanınmayacaq və ərazinin yalnız bir hissəsinin NATO üzvlüyünə razı olmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə AB Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında deyib.

"Biz heç vaxt Rusiya tərəfindən torpaqlarımızın işğalını qanuni olaraq tanımayacağıq. Bunlar sırf bizim torpaqlarımızdır. Ordakılar bizim vətəndaşlardır. Ukraynanın müvəqqəti işğal olunmuş hissələri, təbii ki, geri qayıdacaq. Çox istərdim ki, diplomatik yolla qayıtsın ki, itkilər olmasın. Putinin bunu başa düşdüyünə əmin deyiləm. Amma mən istəyirəm ki, sivil dünyanın əksəriyyəti bunu başa düşsün", - o bildirib.

Prezident vurğulayıb ki, Ukrayna üçün ən yaxşı təhlükəsizlik zəmanəti NATO, iqtisadi təminat isə AB-dir:

"Bu iki tələbdir, müharibəni sonlandırmaq üçün hansı diplomatik yolların olmasından asılı olmayaraq, bizim üçün AB və NATO əsas amillərdir".

Qeyd edək ki, Zelenski “Skay Nyus”a müsahibəsində işğal altında olan torpaqlar qaytarılmadan da atəşkəsə hazır olduğunu və NATO himayəsini qəbul edə biləcəyini açıqlamışdı.

Tarix
2024.12.01 / 19:20
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla