Yuxarı

Gerasimovun gizli zəngi: Amerikalı həmkarı ilə nə danışdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gerasimovun gizli zəngi: Amerikalı həmkarı ilə nə danışdı?

10:27

Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunla telefon danışığı aparıb. O, “Oreşnik” raketinin buraxılışının ABŞ-ın Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verməsindən çox əvvəl planlaşdırıldığını bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin yazdığına görə, Braunun mətbuat xidməti 27 noyabrda belə bir zəng olduğunu dolayısı ilə təsdiq edib. Ancaq Gerasimovun xahişi ilə Braun zəng barədə əvvəlcədən məlumat verməməyə razı olub.

Zəng tələbi Rusiyanın Müdafiə Nazirliyi tərəfindən gəlib. Gerasimovun Braun ilə telefon danışığını gizli saxlamaq istəyinin səbəbi məlum deyil.

Gerasimov sonuncu dəfə ABŞ ordusunun Baş Qərargah rəisi ilə 2022-ci ilin oktyabrında (Braunun sələfi Mark Milli ilə) danışıb.

Tarix
2024.12.05 / 10:54
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan barədə: Bunu heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla