Yuxarı

Ankara çağırış etdi, “Təhrir əş-Şam” bu şəhərdən çıxır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankara çağırış etdi, “Təhrir əş-Şam” bu şəhərdən çıxır

Dəməşqə doğru irəliləyən “Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Bəşər Əsəddən sonra hansı mövqedə olacağı müzakirə mövzusu olub.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankaranın “yeganə yol siyasi həll yoludur” çağırışına qulaq asan HTŞ-dən ölkədə normallaşmanı sürətləndirəcək kritik bir açıqlama gəlib.

“Heyəti Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani bildirib ki, hakimiyyəti Suriya Keçid Hökumətinə təhvil verməyə hazırdırlar:

“Önümüzdəki həftələrdə HTŞ də daxil olmaqla, bütün silahlı döyüşçülərə mülki əraziləri tərk etmə təlimatı veriləcək. Şəhərdəki bürokratlar öz işlərini davam etdirmək üçün dəvət olunacaqlar. Şəhərin fərqli sosial və mədəni normalarına uyğun olaraq müsəlmanlar kimi, xristianlara da hörmət ediləcək”.

Türkiyə mediası yazır ki, müxaliflər bu müddət ərzində Hələbin ölkənin yeni paytaxtı ola biləcəyini bildirirlər.

Bundan başqa, qeyd olunur ki, HTŞ-nin planı Hələbdəki idarəçiliyi bölüşən ortaq düşüncə prinsipini nəzərdə tutur. Bütün seqmentlərin təmsil olunduğu bu müvəqqəti idarədə İdlib və Həma kimi vilayətlər də inzibati mərkəz olaraq bir növ paytaxt rolunu oynayacaq.

Tarix
2024.12.06 / 11:25
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Zorlu Əliyevin Türkiyə səfərindən yazdı: Yeni dövrün təməli

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla