Yuxarı

Dünyanın ən yaxşı şəhərləri bəlli oldu - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən yaxşı şəhərləri bəlli oldu - Siyahı

İngiltərə mərkəzli “Resonance” və tədqiqat şirkəti “İpsos” tərəfindən hazırlanan “2025 Dünyanın ən yaxşı şəhərləri” hesabatı şəhərləri yaşayış keyfiyyəti, cazibədarlıq və rifah səviyyəsinə görə sıralayıb.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, London ardıcıl 10-cu dəfə birinci yeri tutaraq qlobal cazibəsini bir daha təsdiqləyib.

Hesabatda şəhərlər 55 müxtəlif kriteriya üzrə qiymətləndirilib. Bu kriteriyalar arasında yaşayış keyfiyyəti, mədəni cazibə, iqtisadi imkanlar, infrastruktur, təhlükəsizlik və davamlılıq kimi göstəricilər yer alıb. Siyahı 30 ölkədən 22 min nəfərin iştirakı ilə aparılan sorğu nəticələrinə əsaslanaraq tərtib edilib.

Siyahının ilk 9 sırasında Avropadan 6 şəhər yer alıb. Ən yaxşı şəhərlər aşağıdakılardır:

1. London

2. Nyu York

3. Paris

4. Tokio

5. Sinqapur

6. Roma

7. Madrid

8. Barselona

9. Berlin

Türkiyənin İstanbul şəhəri siyahıda 28-ci olub.

Qeyd edək ki, Bakı siyahıda yer almayıb.

Tarix
2024.12.07 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla