Yuxarı

ABŞ və AB Tiktoka qarşı: şəbəkə seçkilərə təsir edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və AB Tiktoka qarşı: şəbəkə seçkilərə təsir edir

ABŞ və AB-nin Tiktok platformasıyla mübarizəsi 2025-ci ildə də davam edəcək. Platformanın 2025-ci ilin əvvəlindən ABŞ-da qadağan edilməsini və ya satılmasını nəzərdə tutan qanun gündəmdədir. BBC xəbər verir ki, sosial media şirkəti Federal Apellyasiya Məhkəməsinin qanunun Konstitusiyaya zidd olması ilə bağlı arqumenti ilə razılaşacağına ümid edirdi, çünki bu, 170 milyon ABŞ istifadəçisinin söz azadlığına təsir göstərir. Ancaq məhkəmə fərqli qərar verib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Tiktok rəhbərliyi bundan sonra mübarizəni ölkənin ən yüksək hüquqi orqanı olan ABŞ Ali Məhkəməsinə aparacağını bildirib:

“ABŞ Tiktokun satılmasını və ya qadağan edilməsini istəyir, çünki onun sahiblərinin Çin dövləti ilə əlaqəsi var. Tiktok rəhbərliyi isə hər zaman bu iddianı təkzib edir. ABŞ Konqresində Çin əleyhinə əhval-ruhiyyə çox güclü olduğuna görə, hər iki partiya rəhbərliyinin Tiktokun ABŞ bazarında məhdudlaşdırılmasına dair fikir birliyi mövcuddur.

Avropa dövlətlərində də Tiktok platformasından narazılıq var. Brüssel hesab edir ki, Rusiya və Çin bu platformadan istifadə edərək müxtəlif ölkələrdəki seçkilərə təsir edir. Misal üçün Rumıniyada prezident seçkisinin birinci turunda heç kimin gözləmədiyi halda, sorğularda sonuncu sıralarda olan populist bir siyasətçi qalib gəldi. Bunun səbəbləri araşdırıldıqda sosial platformalar üzərindən həmin namizədə kənardan dəstəyin artdığı aydınlaşdı. Həmişə olduğu kimi, Rusiyanın adı çəkildi. Çünki Rumıniyanın həmin populist namizədi Rusiyanın siyasətini dəstəkləyir. Rumıniya Konstitusiya Məhkəməsi araşdırmaların nəticəsi olaraq prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etdi.

Brüsseldə hesab edirlər ki, Tiktok platforması müstəqil deyil, kənardan idarə olunur. Bu səbəbdən AB də bu platformanın fəaliyyətini məhdudlaşdırmaq barədə düşünür. Tiktok platformasını digər sosial platformalar olan Feysbuk və ya İnstaqramdan fərqləndirən odur ki, bu şəbəkələrin rəhbərlərini sorğu-suala çəkmək mümkündür, onlar ABŞ Konqresində və ya Avropa Komissiyalarında dinləmələrə gəlirlər. Tiktokla bağlı eyni proseduru həyata keçirmək mümkün deyil”.

Tarix
2024.12.11 / 21:46
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan Azərbaycandan iki gəmi aldı

Əliyevlə Tokayevin təkbətək görüşü keçirildi - Foto

Hikmət Hacıyev Astanadan yeni video paylaşdı

Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Gevondyan

Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla