Yuxarı

Bəşər Əsəd Rusiyaya belə qaçıb - Təfərrüat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşər Əsəd Rusiyaya belə qaçıb - Təfərrüat

Əsəd iş gününün sonunda ofis menecerinə evə getdiyini desə də, əksinə hava limanına yola düşüb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” Əsədin ölkəni tərk etməzdən əvvəl keçirdiyi iclasda iştirak edən hərbi komandirlərdən birinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ölkəni tərk etməzdən bir neçə saat əvvəl Suriyanın devrilmiş prezidenti 30-a yaxın yüksək səviyyəli kəşfiyyat və ordu rəsmisini bir araya toplayıb. Əsəd onlara Rusiyadan hərbi yardımın gəldiyini deyib.

Nəşr yazır ki, Əsəd hətta helikopterlə İraqa uçan və oradan Moskvaya gedən kiçik qardaşı Maherə də xəbərdarlıq etməyib. Əsədin həyat yoldaşı Əsma və üç uşağı isə əvvəlcədən Rusiyaya göndərilib.

Ümumilikdə, Əsədin ölkəni tərk etməsinin onun ətrafı üçün gözlənilməz olması barədə məlumatı agentliyə 10-dan çox mənbə təsdiqləyib.

“Reuters”in mənbələri bildiriblər ki, əvvəlcə Əsəd BƏƏ-yə getməyi planlaşdırıb. Lakin Avropa və ABŞ-ın sanksiyalarından qorxan BƏƏ onu qəbul etməyib. Nəticədə Rusiya Əsədin Moskvaya gəlməsini təşkil edib.

Tarix
2024.12.13 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla