Yuxarı

İsrail nümayəndəsi İran xalqına farsca səsləndi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail nümayəndəsi İran xalqına farsca səsləndi - Video

İsrailin BMT-dəki nümayəndəsi, səfir Denni Danon fars dilində İran xalqına səslənib.

Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, o, BMT-nin Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki hadisələrlə bağlı iclasında danışıb.

Danon etdiyi çıxışında bölgədə baş verən hadisələrə və Tehranın müttəfiqi Bəşər Əsəd rejiminin devrilməsinə toxunub, sonra isə İran xalqına səslənib:

"Ey İran xalqı! Bu tarixi fürsəti qaçırmayın. İsrail xalqı sizinlədir".

O, həmçinin İranın bölgə və dünya üçün təhdidlərindən söz açıb:

"Biz azadlığın qiymətini və onun tələb etdiyi cəsarəti bilirik. Sizin mübarizəniz təkcə özünüz deyil, bu rejimin sabitliyi pozduğu və məhv etdiyi milyonlarla insan üçündür. Tarix, mədəniyyət və müqavimətlə zəngin olan bir ölkəni yenidən qurmaq gücü sizin əlinizdədir. Bu, Şura və dünya üçün unikal imkandır. İranın nüvə silahı əldə etməsinin qarşısını alın və SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı kimi təqdim edin".

Tarix
2024.12.19 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla