Yuxarı

Bu, Cənubi Qafqazda sülhə təkan verəcək - Kobaxidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Cənubi Qafqazda sülhə təkan verəcək - Kobaxidze

Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir, bizim məqsədimiz regionda sülh və sabitliyi təşviq etməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze səfirlərin konfransının yekun tədbirində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycan, Ermənistan, Türkiyə ilə əlaqələri inkişaf etdirir. Gürcüstanın məqsədi regionda sülhü və sabitliyi təşviq etməkdir ki, bunun üçün ötən illərdə çox işlər görülüb və gələcəkdə də çox işlər görüləcək.

Hökumət başçısı deyib ki, Gürcüstanın bütün istiqamətlərdə beynəlxalq mövqelərinin gücləndirilməsi vacibdir.

“Orta Dəhliz regional inteqrasiyanın mühüm mexanizmidir. Qonşu dövlətlərlə strateji layihələrin həyata keçirilməsi Cənubi Qafqazda sülhün bərqərar olmasına təkan verəcək və biz şadıq ki, çox mühüm strateji layihələr artıq bizi qonşu ölkələrimizlə birləşdirir, bu da sülhü təşviq etmək üçün son dərəcə əhəmiyyətlidir. Gələcəkdə də bu istiqamətdə fəal işlər davam etdiriləcək”, - Kobaxidze vurğulayıb.

Tarix
2024.12.30 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla