Yuxarı

ÜST Çinə çağırış etdi: COVID-19-a dair məlumatları paylaş!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST Çinə çağırış etdi: COVID-19-a dair məlumatları paylaş!

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un meydana çıxmasından beş il sonra bu xəstəliklə mübarizənin və onun öyrənilməsi istiqamətində davam edən səylərin nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə ÜST-nin mətbuat xidməti məlumat yayıb.

ÜST xatırladıb ki, 2019-cu il dekabrın 31-də Uhan Bələdiyyə Səhiyyə Komissiyasının saytında şəhərdə "virus pnevmoniyası" halları ilə bağlı mətbuata açıqlama aşkarlayıb.

"Növbəti həftələr, aylar və illərdə COVID-19 həyatımızı və dünyamızı dəyişdi", - BMT agentliyi bildirib.

Dünya üzrə SARS-CoV-2 virusunun səbəb olduğu 777 074 803 yoluxma və yeddi milyondan çox ölüm halı təsdiqlənib. "COVID-19-un mənşəyini öyrənə bilməyimiz üçün Çini məlumatları paylaşmağa və onlara çıxışı təmin etməyə çağırmağa davam edirik", - ÜST bəyan edib.

"Bu, mənəvi və elmi imperativdir. Ölkələr arasında şəffaflıq, məlumat mübadiləsi və əməkdaşlıq olmadan dünya gələcək epidemiya və pandemiyaların qarşısını adekvat şəkildə ala və onlara hazırlaşa bilməz", - bəyanatda deyilir.

Tarix
2025.01.01 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla