Yuxarı

Senatorlar Obamaya məktub yazdı: “Silah ver”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər ABŞ Küveyt, Qətər və Bəhreyn üçün nəzərdə tutduğu 9 milyard dollarlıq hərbi təyyarələrin satışını zamanında həyata keçirməsə, Fars körfəzi ölkələri bu tip təyyarələr üçün Vaşinqtonun rəqiblərinə müraciət edəcəklər.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ senatorlarının Prezident Barak Obamaya göndərdikləri məktubda yer alıb. Senatorlar Vaşinqtonun rəqibləri sırasında xüsusilə Rusiyanın bu işdə fəallıq göstərərək, hər üç ölkəyə öz hərbi məhsullarını satmağa çalışdığını bildirib:

"Amerika gərək özünün Yaxın Şərqdə təsirinin genişlənməsi imkanlarından əl çəkməsin. Bu bölgəni Vaşinqtonun rəqiblərinə buraxmaq doğru olmazdı. Biz hər şeydən öncə Qətər və Küveytlə müqavilə imzalamalıyıq. ABŞ-ın gecikməsi ucbatından Küveyt artıq bir dəfə Avropadan 28 ədəd "Tayfun" qırıcılarını alıb".

Qeyd edək ki, ABŞ Qətər, Küveyt və Bəhreynə F-16, F-15 və F/A-18 təyyarələrini satmalıdır. Buna görə Bəhreynlə 2 milyardlıq, Qətərlə 4 milyardlıq, Küveytlə 3 milyardlıq müqavilə imzalanıb.

Tarix
2016.05.07 / 17:02
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla