Yuxarı

Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi

Dnestryanı hakimiyyət orqanları Rusiyadan qaz tədarükünün dayandırılması nəticəsində yaranan kommunal fəlakət kontekstində Avropa qazından və hətta Qərbdən gələn humanitar yardımdan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə "Politiko” məlumat yayıb.

Nəşr Kişinyovla separatçıların nəzarətində olan "Tiraspoltransqaz" müəssisəsi arasında yazışmalara istinadən vurğulayır ki, imtina yəqin ki, separatçıların öz təşəbbüsü deyil, Moskvanın sifarişi olub:

“Dnestryanıda yüz minlərlə insan öz mənzillərində istilik və isti su olmadan qalsa da, yerli “hakimiyyət” Rusiyadan gəlməyən, alternativ qaz təchizatı təkliflərini rədd edib. “Moldovaqaz” şirkəti separatçılara yerli ehtiyacları ödəmək üçün Avropanın qaz platformalarından qaz almaqla yardım təklif edib. Təklifə cavab olaraq bildirilib ki, bu, əslində "Qazprom"dan sabit tədarükdən xeyli yüksək və qeyri-sabit qiymətlərlə spekulyativ şərtlərlə alışa keçid deməkdir. Dnestryanı hazırda Rusiya və Moldovadan qaz almır, Moldova rəsmiləri isə deyirlər ki, separatçı rəhbərlik humanitar yardımı, xüsusilə də generatorları qəbul etməkdən imtina edir.

Moldova hökumətindəki mənbə bu sənədlərin həqiqiliyini təsdiqləyib və əlavə edib ki, separatçıların qəti mövqeyinin arxasında çox güman ki, yerli liderlər deyil, Moskva dayanır”.

Tarix
2025.01.04 / 10:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla