Yuxarı

Putin Sinin bu sözündən sonra fikrini dəyişib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Sinin bu sözündən sonra fikrini dəyişib

Xarkov vilayətində Rusiyanın müdafiəsi və Rusiya lideri Vladimir Putinin bütün işğal əməliyyatı pozulduqda Rusiya nüvə silahından istifadə edə bilərdi.

Axar.az xəbər verir ki, bu barədə 2005-2010-cu illərdə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olmuş general Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, söhbət Rusiyanın 2022-ci ilin ikinci yarısında Ukraynaya və dünyaya qarşı nüvə silahından istifadə etmək niyyətindən gedir.

O qeyd edib ki, bu, Xarkov vilayətində müdafiə qüvvələrinin hücum əməliyyatları zamanı Rusiya müdafiəsini yarıb birbaşa Luqanska doğru hərəkət edərkən baş verib:

"İşğalçının bütün əməliyyatının iflası gözlənilirdi. Putinin alternativi yox idi və taktiki zərbələr, NATO ilə qarşıdurma olarsa, ballistik zərbələr ehtimalını nəzərdə tuturdu. Amma o vaxt Çin lideri Si Szinpinlə Putin arasında görüşlər olub. Görüş zamanı Çin lideri Putinə ciddi şəkildə xəbərdarlıq edib ki, heç bir formada nüvə silahından istifadə etməsin".

Onun sözlərinə görə, Çin daha sonra xəbərdarlıq edib ki, Rusiya bu cür addım atsa və nüvə təhlükəsi ilə qarşıdurma yaranarsa, Çin NATO-nun yanında olacaq.

Tarix
2025.01.06 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla