Yuxarı

Plan təqdim edildi: İrana zərbəyə sayılı günlər qalıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Plan təqdim edildi: İrana zərbəyə sayılı günlər qalıb

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Prezident Co Baydenə ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücum variantlarını təqdim edib.

Axar.az xəbər verir ki, bunu “Axios” üç məlumatlı mənbəyə istinadən yazıb.

Baydenin adı açıqlanmayan köməkçilərinə, o cümlədən Sallivana istinadən ABŞ mediası yazır ki, Suriyadan sonra bütün aspektlərdə zəifləyən İran nüvə hazırlığını sürətləndirə bilər və bu, onun nüvə obyektlərinə cavab tədbirləri üçün əlverişli imkan yaradır.

Həmçinin hücumun niyə 20 yanvar – Trampın andiçmə mərasiminə qədər - tarixinədək olması ilə bağlı iki versiya üzərində müzakirələr gedir: Birincisi, Bayden administrasiyası Trampın İranla dialoqa başlamaq niyyətində olduğunu öyrənib və yeni prezidentin mümkün diplomatik səylərini çətinləşdirmək üçün İrana zərbə endirmək və ya ciddi təxribat törətmək planını ehtiyatda saxlayır; İkincisi, yanvarda Rusiya və İran arasında strateji əməkdaşlıq sazişi imzalanacaq, bu da ABŞ tərəfindən sərt müqavimətlə qarşılanır. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli bu prosesi pozmaq niyyətində olduqlarını bəyan edib. Buna görə də Baydenin ətrafında provokasiyalara təkan verən qüvvələrin olması istisna edilmir. Lakin Bayden hələ də İranın nüvə obyektlərinə zərbə vurmağı “böyük risk” hesab etdiyi üçün qərar qəbul etməyib.

Bununla belə, Baydenin prezidentlik müddətinin qalan günlərində fövqəladə hadisələrin baş verməsi istisna edilmir.

Tarix
2025.01.09 / 12:05
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Canlı

Hikmət Hacıyev Alen Simonyanla görüşdü - Foto

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla