Yuxarı

Hətta Zatulin də İrəvanı xəyanətdə ittiham etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hətta Zatulin də İrəvanı xəyanətdə ittiham etdi

Bu, təkcə Ermənistanın xarici siyasətinin deyil, həm də erməni xalqının şüurunun yenidən formatlaşdırılmasıdır. Bu, onların yaddaşında Rusiya ilə ortaq tarix illərini Qərbdə müttəfiq axtarışı ilə əvəz etmək istəyidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin Ermənistan hökumətinin AB-yə üzvlük prosesinin başladılması ilə bağlı qanun layihəsini təsdiqləyərək, parlamentə göndərməsini şərh edərkən deyib.

“Təbii ki, AB Paşinyanın istəyindən öz maraqları naminə istifadə edəcək və Ermənistanı qısa müddətli ipdə saxlayacaq. Bütün bunlar Avrasiya İttifaqından çıxmaq deməkdir. 2013-cü ildə Avropa Komissiyasının rəhbərliyi bəyan etmişdi ki, AB və Aİİ-yə eyni vaxtda üzvlük mümkün deyil. Bu gün mövqenin dəyişdiyini düşünməyə əsas yoxdur. Avrasiya İttifaqı bu gün Ermənistan iqtisadiyyatına aşkar faydalar gətirir. Hazırda AB-də heç kim Ermənistanı qəbul etməyə hazır deyil, amma prosesə start veriləcək. Paşinyan Rusiya və Avrasiya İttifaqının digər üzvləri ilə münasibətlərə xəyanət yolu ilə gedir, özünün düşündüyü kimi, postsovet məkanının qucağından çıxmağa çalışır”, - o bildirib.

Tarix
2025.01.10 / 16:32
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla