Yuxarı

Türkiyənin yeni baş nazirinin adı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət və İnkişaf Partiyasında (AKP) növbədənkənar qurultayın keçiriləcəyini 3 ay əvvəl proqnozlaşdıran "Hürriyət" nəşrinin yazarı Metexan Dəmir Türkiyənin yeni baş nazirinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, nəşrin Ankara nümayəndəsinin sözlərinə görə, Əhməd Davudoğlunu Türkiyənin milli Müdafiə naziri İsmət Yılmaz əvəz edəcək.

"İsmət Yılmazın adını da namizədlərin siyahısına əlavə edək. Qurultayla əlaqədar məlumatlı şəxslərdən biri mənə mesaj göndərdi. "İsmət Yılmazı da kənara qoymayın" dedi", - Metexan Dəmir "Habertürk" kanalının efirində söyləyib.

Qeyd edək ki, AKP-nin növbədənkənar qurultayı mayın 22-də keçiriləcək. AKP-nin sədri Əhməd Davudoğlunun əvəzləyicisi kimi Dənizçilik və Kommunikasiya naziri Binəli Yıldırım, Ədliyyə naziri Bəkir Bozdağ, Ərdoğanın kürəkəni olan Enerji və Təbii Qaynaqlar naziri Berat Albayraq, Səhiyyə naziri Məhmət Müəzzinoğlu və baş nazirin müavini Numan Qurtulmuşun adı çəkilir. Lakin Türkiyə mediası daha çox "3B formulu"na daxil edilən Binəli Yıldırım, Bəkir Bozdağ və Berat Albayrağın üzərində dayanır.

Tarix
2016.05.10 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla