Yuxarı

Şok: İran PKK ilə müqavilə imzaladı, PUA satacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: İran PKK ilə müqavilə imzaladı, PUA satacaq!

İran Türkiyənin hərbi əməliyyatlarına qarşı çıxmaq üçün Suriyadakı YPG/PKK qruplaşmasına 1500 kamikadze dron tədarük etməyə razılaşıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq " qəzeti məlumat yayıb.

Məlumata görə, İran nümayəndələri ilə terror təşkilatı arasında görüş İraqda baş tutub. PKK-çılar İrandan əvvəlcə 2000 pilotsuz təyyarə tələb ediblər. Lakin İran nümayəndələri yalnız 1500 ədəd təmin edə biləcəklərini deyiblər.

Razılaşma əldə olunmasına baxmayaraq, Türkiyənin yaxından izləməsi və Suriyaya hər hansı pilotsuz təyyarənin ötürülməsinə mane olmaq təhlükəsi səbəbindən daşınma gecikdirilib.

Qeyd olunur ki, razılaşmanı əngəlləmək əzmində olan Türkiyənin səyləri İran və YPG/PKK arasında əməkdaşlığı dayandırıb.

Əlavə edilib ki, Türkiyənin təzyiqi altında YPG/PKK alternativ strategiyaya - aşkarlanmamaq üçün pilotsuz təyyarələrin ayrı-ayrı hissələrlə daşınması planını həyata keçirmək istəyir. Lakin Türkiyənin sərhəd boyu əməliyyatlarını davam etdirməsi səbəbindən bu strategiyanın uğuru şübhə altında qalır.

Tarix
2025.01.12 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla