Yuxarı

Səudiyyə ilə İranın neft müharibəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı bu il hasilatı önəmli dərəcədə artırmağı və bazardakı mövqeyini genişləndirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Saudi Aramko" dövlət neft şirkətinin rəhbəri Amin Nasir deyib.

"Hasilatı artırmağın çətin olmasına baxmayaraq, biz bunu edə bilərik. Xüsusilə, növbəti bir neçə həftə ərzində Şayba yatağında gündəlik 33 faiz və yaxud 1 milyon barrelə qədər hasilatın artırılması planlaşdırılır", - Nasir bildirib.

Hazırda Səudiyyə Ərəbistanı gündəlik 10,3 milyon barrelə yaxın neft çıxarır.

İranın ötən ay neft ölkələrinin Qətərdə baş tutan görüşünə qatılmaması nəticəsində Səudiyyə Ərəbistanı hasilatın dondurulması barədə razılaşmadan imtina edib. İran gündəlik hasilatını 4 milyon barrelə qədər artırdıqdan sonra bu sazişi dəstəkləyəcəyini bildirib.

"İstehsal və ixrac məsələlərində Səudiyyə ilə elan olunmamış müharibə vəziyyətindəyik. Bizə qarşı təxribatlar var. Bu qeyri-ənənəvi müharibənin məqsədi İranın neft bazarındakı mövqeyini pozmaq məqsədi daşıyır", - İranın Neft naziri Bicən Zəngənə bir neçə gün öncə deyib.

Tarix
2016.05.10 / 16:44
Müəllif
0
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla