Yuxarı

Baydenin Ukrayna ilə bağlı gizli planı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baydenin Ukrayna ilə bağlı gizli planı açıqlandı

ABŞ Prezidenti Co Bayden Ukrayna üzrə Rusiya ilə potensial danışıqlarda Qərb ölkələrinin mövqeyini gücləndirmək üçün səlahiyyət müddəti başa çatmamış AB orqanlarını Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinə həbs qoymağa inandırmaq üçün sonuncu cəhdini etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının iki yüksək rütbəli məmuruna istinadən məlumat yayıb.

“Baydenin planına görə, Rusiyanın AB-dəki dondurulmuş aktivləri yalnız Vladimir Putin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında görüşün Amerika üçün uğurlu olacağı təqdirdə blokdan çıxarılması nəzərdə tutulan xüsusi eskro hesaba köçürülməlidir. Yeni administrasiya gələnə qədər Rusiyanın aktivlərinin müsadirə edilməsi ideyası Bayden komandasının üzvləri və Trampın müşavirləri tərəfindən artıq müzakirə olunub. Trampın müşavirləri bu ideyanı dəstəkləyib, çünki bu, Moskva ilə danışıqlarda əlavə təsir imkanları verəcək. Lakin belə bir qərarın qəbul edilməsində məsul olan AB ölkələrinin rəhbərliyi buna şübhə ilə yanaşır. Birlik bütün Avropa bank sisteminin nüfuzuna böyük ziyan vurmaq riskini və beynəlxalq hüquq normalarının pozulmasının yolverilməzliyini vurğulayır”, - məlumatda deyilir.

Tarix
2025.01.14 / 13:45
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla