Yuxarı

Ukrayna savaşı bitməmiş ABŞ İrana zərbə endirəcək – Diplomat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna savaşı bitməmiş ABŞ İrana zərbə endirəcək – Diplomat

İranla bağlı son dərəcə pessimistəm. Tramp administrasiyası Bayden administrasiyasından daha çox İsrail tərəfdarı ola bilər. Əsəd devrildiyindən İsrail bunu İrana zərbə endirmək fürsəti kimi görür, bu məqsəd açıq şəkildə müzakirə olunur.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına geniş müsahibəsində diplomat, Rusiya-ABŞ prezidentlərinin ikitərəfli əməkdaşlığın inkişafı komissiyasında ABŞ tərəfindən təmsil olunan sabiq müşavir Ceyms Karden deyib.

“İran bu riskin fərqindədir. Bu yaxınlarda onlar MAQATE ilə daha sərt yoxlama rejiminə dair razılığa gəliblər ki, bu da danışıqlara hazır olduqlarını göstərir. Onlar əlbəttə ki, 2003-cü ildə İraqla baş verənləri təkrarlamaq istəmirlər. Bununla belə, mən qorxuram ki, yaxın gələcəkdə ABŞ-ın İranla müharibəyə cəlbi real ehtimaldır. Administrasiya başa düşür ki, əgər İrana qarşı hərəkət etmək istəyirlərsə, Ukraynadakı münaqişə bitməmiş bunu etməlidirlər.

Administrasiya açıq şəkildə sülh və danışıqlardan bəhs edə bilər, lakin Ukraynada münaqişənin davam etdirilməsi İranla müharibə etmək istəyənlərin maraqlarına uyğundur. Ona görə də təəssüf ki, Ukraynada sülhə o qədər də ümid bəsləmirəm”, - o vurğulayıb.

Tarix
2025.01.19 / 01:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla