Yuxarı

Ukraynada demoqrafik fəlakət: 7 milyon insan xaricə qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada demoqrafik fəlakət: 7 milyon insan xaricə qaçdı

Ukrayna demoqrafik fəlakət içərisindədir.

Axar.az xəbər verir ki, bu barədə “Der Şpigel” nəşri yazıb.

Bildirilib ki, indiyə qədər yeddi milyon insan xaricə qaçıb.

Nəşr yazır ki, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı müharibə demoqrafik böhranı fəlakətə çevirib:

“Ən azı beş milyon ukraynalı hazırda Rusiyanın işğalı altında yaşayır. On minlərlə dinc sakin və 100 minə qədər hərbçi həlak olub. Əgər 1990-cı illərin əvvəllərində Ukraynada 51,5 milyon insan yaşayırdısa, hazırda Kiyevin nəzarətində olan ərazidə cəmi 29 milyon insan var. Rusiya da oxşar problemlə üz-üzədir. Amma Rusiyanın əhalisi Ukraynadakından dörd dəfə çoxdur”.

Qeyd olunub ki, Ukraynadakı hazırkı tendensiyanın qarşısının alınması üçün insanlar geri qayıtmalıdır:

“Bunun baş verməsi üçün ilk növbədə müharibə bitməli, təhlükəsizliyə zəmanət verilməlidir. Əks halda çətin ki, kimsə ölkəsinə qayıtsın. Əksinə, Ukraynadan gedənlərin sayı artacaq”.

Tarix
2025.01.19 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla