Yuxarı

Ülküçülərin lideri saxlanılan Özdağı təhqir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ülküçülərin lideri saxlanılan Özdağı təhqir etdi

Ümid Özdağ böhtanları ilə türk millətinə, Ülküçü hərəkata və ocaqlarına hücum edən nifaqçı tacirdir. Türk millətçiliyinə xələl gətirmək üçün ortaya çıxan bu şəxsiyyətsiz insan öz çirkin maraqları naminə nifaq salır.

Axar.az xəbər verir ki, bunu Ülkü Ocaqlarının lideri Əhməd İgid İldırım sosial şəbəkə hesabında qeyd edib.

“Ancaq Ülkücü hərəkatı Ümid Özdağ kimi şərəfi olmayanlara meydanı buraxmaz! Çirkin yalanların heç bir əsası yoxdur. Xəyanətini və çirkin üzünü gizlətməyə çalışan Ümid Özdağ uzun müddətdir türk millətinin vicdanında çoxdan məhkum edilib.

Türk millətinə xəyanət edənlərin tarix boyu yaşadıqları məyusluğu Ümid Özdağ kimi əxlaqsızlar da yaşayacaq. Millətimiz səni ancaq əxlaqsızlıq içində çırpınan böhtançı kimi xatırlayacaq. Türk millətçiləri bu müqəddəs mübarizəni liderinə sadiq, iradəsi möhkəm olan şəxslərlə davam etdirirlər. Sən isə tarixin zibilliyində rüsvay olacaq bir yazıq kimi xatırlanacaqsan. Unutma ki, canavar yuvasına girən çaqqalın taleyi parçalanmaqdır!”, - İldirim bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Zəfər Partiyasının sədri Ümid Özdağ Ankarada saxlanılıb. O, Türkiyə prezidentini təhqir etməkdə ittiham olunur.

Tarix
2025.01.21 / 12:13
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla