Yuxarı

Axar.Az Logo carnation

Repressiyalara hazırlıq: məşhur həbsxana boşaldılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Repressiyalara hazırlıq: məşhur həbsxana boşaldılır

Son bir neçə gün ərzində Kərəc şəhərində yerləşən məşhur Qızılhisar həbsxanasının 4-cü bölməsinin 970 məhbusu başqa bölmələrə köçürülüb.

Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları həbsxana daxilindəki mənbələrə istinadən məlumat yayıb.

Bildrilib ki, boşaldılan bölmənin məhbuslarının şəxsi əşyalarını götürmələrinə icazə verilməyib və əsasən narkotik, oğurluq və başqa bu kimi qeyri-siyasi cinayətlərə görə həbs olunan məhkumların saxlanıldığı 4-cü bölmə Kərəc Mərkəzi Həbsxanasının ixtiyarına verilib.

Yüzlərlə məhbusun köçürülməsi başqa bölmələrdə sıxlıq yaranmasına və çox sayda məhkumun döşəmələrdə yatmağa məcbur qalmasına səbəb olub.

Məlumata görə, həbsxananın 21-ci bölməsində saxlanılan siyasi məhbusların da başqa yerlərə köçürülməsinə hazırlıq gedir.

İnsan haqları fəalları bunun qarşıda ehtimal olunan etiraz aksiyaları ilə bağlı olduğunu, boşaldılan bölmələrə gözlənilən etiraz aksiyalarında saxlanılan yeni məhbusların gətirilməsi üçün hazırlıq getdiyini bildirirlər.

Qeyd edək ki, bundan əvvəl 2022-ci lin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı da bir neçə həbsxanada, o cümlədən Qızılhisar həbsxanasında oxşar köçürmələr olub və qısa müddət sonra boşaldılan bölmələrə minlərlə yeni məhbus yerləşdirilib.

Tarix
2025.01.22 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

BMT qətnamələri kağız üzərində qaldı – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla