Yuxarı

Putinin ikili oyunu: "Hazıram" deyib, bunda israr edir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin ikili oyunu: "Hazıram" deyib, bunda israr edir!

Rusiya lideri Vladimir Putin Ukraynanın kapitulyasiyasını tələb etsə də, indiki şəraitdə onun təsir rıçaqları azdır, ona görə də ABŞ Prezidenti Donald Tramp Rusiya rəhbərinə Ukraynanı tərk etməli olduğunu başa salmalıdır.

Axar.az xəbər verir ki, bu barədə təqaüddə olan amerikalı polkovnik Conatan Svit və təhlükəsizlik üzrə ekspert Mark Tot “Hill” nəşrinə bildiriblər.

Nəşrin müəllifləri xatırladırlar ki, Putin “Ukraynadakı müharibə ilə bağlı ABŞ-la danışıqlara hazır olduğunu” deyərkən “ikili mövqe” ifadə edib, lakin eyni zamanda Ukraynanın tam təslim olmasında israr etməkdə davam edib. Daha sonra xarici işlər naziri Sergey Lavrovla birlikdə Təhlükəsizlik Şurasının iclasında o, Rusiyanın ABŞ-la sülh danışıqlarında iştirak etməyə hazır olduğunu təsdiqləyib. Bununla belə, o əlavə edib ki, istənilən sülh nizamlanması Ukraynadakı müharibənin əsas səbəblərini aradan qaldırmalıdır.

“Putin və ətrafının fikrincə, bu “əsas səbəblər” NATO-nun Şərqi Avropanı “aqressiv şəkildə ələ keçirməsi”, eləcə də Ukrayna hakimiyyətinin etnik ruslara, onların mədəniyyətinə və dilinə düşmən münasibətidir. Lakin onların heç bir real əsası yoxdur”, - məqalə müəllifləri bildiriblər.

Ekspertlər öz materiallarında qeyd edirlər ki, Putin üçün müharibənin məqsədi Ukraynanı təslim etməkdir. Bunun təsdiqi olaraq onun müşaviri Nikolay Patruşevin sözləri xatırladılıb: “Ukraynanın gələn il tamamilə mövcudluğunu dayandıracağını istisna etmək olmaz”.

Tarix
2025.01.25 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla