Yuxarı

Paşinyandan adamlarını şoka salan tapşırıq…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyandan adamlarını şoka salan tapşırıq…

Ermənistanın hakim Mülki Müqavilə Partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Axar.az Globalinfo.az-a xəbər verir ki, məlumatı “İravunk” qəzeti öz mənbələrinə istinadən yayıb.

Bildirilib ki, Paşinyan artıq bununla bağlı yaxın tərəfdarlarına eyham vurub.

Qəzetin məlumatına görə, Paşinyan adamlarına fors-major hallarda hakimiyyəti saxlamaqla bağlı tapşırıq verib.

“Hətta eyham vurub ki, ən pis halda özü şəxsən seçki siyahısına rəhbərlik etməyəcək, amma bunun yerinə öz adamının seçilməsinə çalışacaq”.

Hakim partiyanın üzvlərinin Paşinyanın açıqlamasından şoka düşdükləri bildirilib.

Qeyd edək ki, Paşinyan bundan öncə növbədənkənar seçkilərin olmayacağını bəyan edib, lakin müxalifət bu iddia ilə razılaşmır. Onlar Paşinyanın son günlərdəki addımlarının məhz növbədənkənar seçkilər üçün hesablandığını vurğulayıblar. Bu açıqlamalar fonunda Paşinyanın reytinqi də yayımlanıb. Bəlli olub ki, hazırkı baş nazir ictimaiyyətin cəmi 10%-dən bir qədər çoxunun dəstəyinə sahibdir. Halbuki 2018-ci ildə vəzifəyə gələrkən bu göstərici 80% idi.

Qanunla Ermənistanda növbədənkənar parlament seçkisi 2026-cı ildə baş tutmalıdır.

Tarix
2025.02.05 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla