Yuxarı

Tramp hərəkətə keçdi: ixtisarlar, rüsumlar və Çinə zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp hərəkətə keçdi: ixtisarlar, rüsumlar və Çinə zərbə

ABŞ-ın yeni administrasiyası maliyyə auditini davam etdirir, xərcləri azaldır, dövlət strukturlarında ixtisarlar aparır, üstəgəl, əlavə gəlirlər əldə etmək məqsədilə rüsumları artırır. Bu dəfə Prezident Donald Trampın göstərişi ilə ABŞ-ın poçt xidməti ölkəyə daxil olan bağlamaların qəbulunu ciddi nəzarət altına alıb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu qərara qədər ABŞ-a 800 dollar dəyərində göndərilən bağlamalar gömrük rüsumlarından azad idi:

“Bu bağlamalar nəzarət altına alınmır, maneəsiz ABŞ-a daxil olurdu. Bundan sonra ABŞ gömrükçüləri və sərhədçiləri bütün bağlamaları açmaq və yoxlamaq səlahiyyətlərinə malik olacaqlar. CNN televiziya kanalının məlumatına görə, yoxlamalar bağlamaların ünvana çatdırılmasını ləngidəcək. Bu qadağalar Çinin elektron kommersiyası ilə məşğul olan şirkətlərinin fəaliyyətinə mənfi təsir edəcək. Buna qədər həmin şirkətlər milyonlarla bağlamanın ABŞ-a çatdırılmasından böyük gəlirlər əldə edirdilər”.

Politoloq xatırladıb ki, Donald Trampın ABŞ-da suveren sərvət fondlarının yaradılmasına yol açan fərman imzalaması da diqqət mərkəzindədir:

”Bu fərman ABŞ Maliyyə Nazirliyi və Ticarət Departamentinə fondun təsis edilməsi üçün lazımi addımları atmağa imkan verir. Tramp ABŞ-ın böyük potensiala sahib olduğunu və belə bir fonda ehtiyacı olduğunu vurğulayıb. Tramp Tiktok platformasının satın alınmasında da bu fondun rol oynaya biləcəyini qeyd edib. ABŞ-da formalaşacaq sərvət fondları Çinin dövlət investisiya vasitələrinin güclü rəqibinə çevirəcək. Şanxaydakı Fudan Universitetinin Amerika Araşdırmaları Mərkəzinin professoru Xin Qiangın fikrincə, təklif olunan fond formalaşarsa, bu, Çinin suveren investisiya platformasını hədəfə çevirə bilər.

Bu arada, ABŞ-ın günəş enerjisi və akkumulyator sistemləri təchizatçısı olan “Enphase Energy” şirkəti Çindəki fəaliyyətini dayandırmaq qərarı verib. Donald Trampın Çinə qarşı başlatdığı ticarət müharibəsi adı çəkilən şirkəti çalışdığı ölkəni tərk etməyə məcbur edib. Çünki şirkət rəhbərliyinin qənaətinə görə, ABŞ-ın Çinə tətbiq edəcəyi yüksək tariflər şirkətin Çindəki akkumulyator istehsakına da mənfi təsir edəcək. Bu səbəbdən şirkət Çindəki istehsalını qonşu ölkələrdən birinə körürmək barədə qərarına gəlib. Şirkət rəhbərliyi istehsalı konkret hansı ölkəyə köçürəcəyini açıqlamasa da, bu, elə bir ölkə olmalıdır ki, ABŞ-ın yüksək tariflərinə məruz qalmasın”.

Tarix
2025.02.07 / 21:26
Müəllif
Axar.az
Digər xəbərlər

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla