Yuxarı

Rusiya atəşkəs razılaşmasına bunları daxil edəcək - Mənbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya atəşkəs razılaşmasına bunları daxil edəcək - Mənbə

ABŞ, Rusiya və Ukrayna Səudiyyə Ərəbistanında keçirilən danışıqlar çərçivəsində atəşkəsin həyata keçirilməsi proseduru, qoşunların geri çəkilməsi və monitorinq qruplarının yaradılmasını müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Nezıqar” Teleqram kanalı diplomatik mənbəyə istinadla yayıb.

Bildirilib ki, atəşkəsə Ukraynanın payıza qədər prezident və parlament seçkilərini keçirmək öhdəliyi daxil ediləcək:

"Rusiya tərəfi bunda israrlıdır. Həmçinin Moskva Rusiyanın banklarına tətbiq edilən sanksiyaların qaldırılması və beynəlxalq pul köçürmələrinin bərpa edilməsini istəyir".

Mənbənin sözlərinə görə, Rusiya Kiyevlə birbaşa danışıqlara getməyəcək və Zelenski ilə hər hansı bir sənəd imzalamayacaq.

Analitiklərin fikrincə, atəşkəs dövründə Ukraynada növbədənkənar seçkilərin keçirilməsi vəziyyəti qarışdıra və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarını toplamasına və cəbhədə rotasiya aparmasına mane ola bilər.

"Yeni Tramp komandası münaqişə məsələlərinə çox səthi yanaşır və Trampın həddindən artıq optimizmi danışıqlar prosesinin mürəkkəbliyini əks etdirmir", - deyə diplomatik mənbə vurğulayıb.

Tarix
2025.02.14 / 14:45
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla