Yuxarı

Putindən Paşinyana: Xalqı xəbərdar et, gəlirik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Paşinyana: Xalqı xəbərdar et, gəlirik!

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yanvarın 17-də baş tutan telefon danışığının təfərrüatları bəlli olub.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, tərəflər xüsusilə “Ermənistanın Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini, mümkün referendum məsələsini müzakirə ediblər.

Məlumata görə, Putin bununla bağlı Paşinyana xəbərdarlıq edib.

“Rusiyadan cavab addımları olacaq. Bütün nəticələr barədə xalqı xəbərdar etməlisən, Ermənistan vətəndaşları bunu bilməlidir”, – deyə o bildirib.

Paşinyan isə bunun Avropa İttifaqına qoşulmaq üçün ilkin istək olduğunu deyərək məsələdən yayınmağa çalışıb:

“Deməyə sözüm yoxdur, xalq özü Avropa Birliyinə qoşulmaq istəyir və nəticələrə hazırıq”.

Qeyd edək ki, sözügedən qanun layihəsi bu ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.

Tarix
2025.02.18 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla