Yuxarı

Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi

ABŞ-da iqtidarın və siyasətin kökündən dəyişməsindən sonra Nikol Paşinyan ABŞ-dan dəstək ala bilməyəcəyini anlayır, üstəlik, Rusiya ilə münasibətləri də korlayıb, indi onun yeganə ümidi köhnə liberal faşist elitaların liderlik missiyasını öz üzərinə götürdüyü Avropadır.

Axar.az xəbər verir ki, bu sözləri erməni jurnalist və siyasi şərhçi Avetis Babacanyan yazıb.

O bildirib ki, Paşinyanın Münhenə səfəri, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyanın isə Ukraynada görünməsi və Ali Radanın sədri Ruslan Stefançuka “cəsarətli fəaliyyətinə” görə dəstək verməsi sübut edir ki, Paşinyan indi antiamerikan olacaq:

“Avropada “Antiamerika ittifaqı”na ehtiyac ABŞ-ın vitse-prezidenti Vensin Münhendəki məşhur çıxışından sonra yarandı. O, açıq şəkildə dedi ki, Avropa ölkələrinin hökumətləri demokratiyadan uzaqlaşıb, demokratiya haqqında yanlış təsəvvür yaradıb; demokratiyadan danışırlar, amma reallıqda diktatordurlar; antifeministlər təqib edilir, Britaniyada namaz qılmaq artıq insanların qınandığı cinayətə bərabər tutulur.

Bütün bunlar demokratiyadan danışaraq, müxtəlif qanunsuz üsullarla seçkilərin nəticələrini ləğv edən, vətəndaşların səsverməsini təhrif edən Ermənistanın indiki avtoritar administrasiyasına da aiddir.

Amma məsələ ondadır ki, avropalıların antiamerikan ittifaqı real ola bilməz. Əksər Avropa ölkələri öz təhlükəsizliyini və iqtisadi imkanlarını Amerikanın gücü və dəstəyi ilə təmin edirsə, avropalılar nə qədər birləşsə də, Rusiyaya qarşı mübarizə apara bilməzlər”.

Tarix
2025.02.19 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla