Yuxarı

ABŞ Yaponiyadan üzr istədi - Qətl

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Eşton Karter ilə yaponiyalı həmkarı Qen Nakatani arasında telefon əlaqəsi baş tutub.

Axar.az xəbər verir ki, danışıq zamanı Karter amerikalı keçmiş dəniz piyadaçısının aprel ayında Okinavada 20 yaşlı yerli sakini qətlə yetirməsinə görə Nakatanidən üzr istəyib.

Məlumata görə, Pentaqon rəhbəri cinayətin araşdırılması işində Yaponiyaya yaxından köməklik göstəriləcəyini və belə halların təkrarlanmaması üçün tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, həbs edilmiş 32 yaşlı keçmiş dəniz piyadaçısının apreldə itkin düşmüş 20 yaşlı yerli sakini qətlə yetirməsi sübut olunub. Cinayətkar istintaqa ifadəsində qızı boğduğunu və ona bir neçə bıçaq zərbəsi vurduğunu etiraf edib.

Bu gün həmçinin cinayətin digər təfərrüatı da üzə çıxıb. Yerli hüquq-mühafizə orqanlarının təhqiqatından sonra məlum olub ki, qatil qətlə yetirdiyi qızın bədəninin orqanlarını çamadanda daşıyıb.

Tarix
2016.05.22 / 01:21
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

Bir dəfə Şuşa haqqında sual veriləndə dedim ki... - Prezident

İrəvana verilən silahlar kritik həddə çatsa... - Əliyev

Konsorsium müqavilələrinin modeli hazırlanır

İlham Əliyev şuşalıları təbrik etdi

Prezidentdən Sus sakinlərinə müjdə

Pakistan prezidenti də Bakıya dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla