Yuxarı

Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov

2023-cü ildə Qarabağ tamamilə Azərbaycanın yurisdiksiyasına keçdikdən sonra Bakı daha müstəqil rol oynamağa, Rusiyaya və başqalarına nə isə göstərməyə çalışır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə mürəkkəb olub:

“Moskva Qarabağda əsas moderator olanda Bakıya təsir imkanları indikindən daha çox idi. Bu gün Azərbaycan özünü qəyyumluqdan qurtarmağa çalışır. Təyyarə ilə bağlı vəziyyət çox xoşagəlməzdir, lakin bu halda Azərbaycan bizim münasibətlərimizin artıq “Moskva moderatordur və Bakı onun ardınca gedir” formatında olmadığını göstərir. Bakı göstərmək istəyir ki, əlaqələr üfüqi, tərəfdaşlığa əsaslanan kontaktlar formatında gedir. İndi Rusiyanın xüsusi rolu olan sülhməramlılar və ya ATƏT-in Minsk qrupu kimi xüsusi təsir alətləri yoxdur. Bu alətlər yoxa çıxır və Bakı Moskva ilə dialoq yolu ilə öz bazasını təmin etməyə çalışır”.

Onun sözlərinə görə, Azərbaycan bunu bəzi simvolik hərəkətlərlə tamamlayır:

“İnformasiya kampaniyası nöqteyi-nəzərindən Azərbaycan çox səmərəli şəkildə öz sakinlərinə nümayiş etdirməyə çalışır ki, biz bəzi problemləri həm Qərbə, həm də Moskvaya göstəririk. Eyni zamanda, Azərbaycan həmişə müəyyən ehtiyatlılıq nümayiş etdirib. Bakının bir sıra sərt bəyanatlarından sonra biz indi bir qədər sakitlik görürük. Azərbaycan yəqin ki, Moskvanın hansısa formada reaksiya verməsini istəyərdi, Rusiya isə müəyyən fasilə verib, hərtərəfli araşdırmanı gözləməyi təklif edir”.

Tarix
2025.02.26 / 12:58
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan İlham Əliyev haqqında paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla