Yuxarı

Azərbaycan dili yenidən İran parlamentinə çıxarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan dili yenidən İran parlamentinə çıxarılır

İranda əhalinin 60%-i türkcə danışır, bu dil danışanların sayına görə dünyada üçüncü yeri tutur, İranın qonşuları olan Türkmənistan, Azərbaycan və Türkiyənin rəsmi dövlət dilidir. Bu dil mədəni ünsiyyət, əlaqələr sahəsində İran üçün bir fürsət ola bilər.

Axar.az xəbər verir ki, bunu Təbrizin İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil Komissiyasının sədri Əlirza Munad deyib.

O, İranda danışılan 84 yerli dilin 40-nın sıradan çıxdığına diqqət çəkərək, qeyri-fars dillərin qorunub saxlanılması üçün onların tədrisinin və inkişaf etdirilməsinin vacibliyini bildirib.

Munadi fevralın 26-da İran parlamentində qeyri-fars dillərin tədrisi ilə bağlı layihənin qəbul edilməməsinə toxunub və vurğulayıb ki, Prezident Pezeşkianın da təkidi ilə layihədə bir sıra cüzi dəyişikliklər edilərək, yenidən parlamentə göndəriləcək.

Qeyd edək ki, İran parlamentində səsə qoyulan qanun layihəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə qeyri-fasların ədəbiyyatının ayrıca fənn kimi həftədə 2 saat öyrədilməsini nəzərdə tutur.

Buna görə də qeyri-fars xalqların nümayəndələri bu layihəni və İran Konstitusiyasının 15-ci maddəsini qüsurlu adlandırır, bunun onların milli-mədəni hüquqlarının təmini ilə bağlılığı olmadığını bildirirlər.

Tarix
2025.02.27 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla