Yuxarı

Tiflisdən Tramp-Zelenski qalmaqalına şok reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən müharibə tərəfi ilə sülh tərəfi arasında bir daha aydın xətt çəkildi. Mən Trampla Zelenski arasındakı mübahisəni yox, bu mübahisəyə sonrakı reaksiyanı nəzərdə tuturam.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa liderlərinin Ağ Evdə baş verən mübahisəyə görə ABŞ Prezidenti Donald Trampı tənqid etməsinə münasibət bildirərkən deyib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, Tramp və onun sülh səyləri bir-birinin ardınca Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyan şəxslər tərəfindən pislənib:

“Qlobal Müharibə Partiyası dərhal bizə tanış olan spikerləri Jan Şahindən başlayaraq Brüsseldən gələn çoxsaylı rəsmilərə qədər prezident Trampa qarşı səfərbər etdi. Dünən sülh istəyən və ukraynalıların taleyindən narahat olan qüvvələrlə döyüşmək istəyən qüvvələr arasında növbəti dəfə xətt çəkildi.

O da aydın oldu ki, qlobal müharibə tərəfi və dərin dövlət sadəcə olaraq müharibədən əl çəkməyəcək. Üç ildir sübut etdiyimiz şey bir daha təsdiqləndi. ABŞ və qlobal müharibə tərəfi iki fərqli qurumdur".

Gürcüstanın baş naziri müharibə tərəfi ilə sülh istəyən qüvvələr arasında mübarizənin həlledici mərhələyə qədəm qoyduğunu qeyd edərək, sülh tərəfinin qələbəsinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər.

Tarix
2025.03.01 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbi İnstitutun yaranmasının 107-ci ildönümü... - MN

Ən böyük mina istehsalçısı bu ölkədir - PA rəsmisi

Qazaxıstan bu texnikaya Hökumənin adını verdi - Video

Zelenski Oval ofisdə də Ukrayna üçün sonadək döyüşdü

Ağ Evdəki dava hamıya sübut etdi ki...

Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh

Pakistan Azərbaycana təşəkkür etdi

Rəsmi Bakıdan Fransaya tələb!

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla