Yuxarı

Bu, birbaşa Avropanın məhvi deməkdir - Çiburdanidze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, birbaşa Avropanın məhvi deməkdir - Çiburdanidze

Amerika tərəfindən tərk edilmiş Ukrayna Britaniya və AB-dən asılı olaraq qalır. Onilliklər boyu müstəqil şəkildə müharibə aparmayan dövlətlər siyasi səhnəyə çıxır və indi onların hansı resurslara, gücə malik olduğunu görəcəyik.

Axar.az xəbər verir ki, bunu gürcü siyasətçi Tamar Çiburdanidze deyib.

“Artıq Ukraynaya bütün yardımların dayandırılması ilə bağlı ilk açıqlama verilib. Bu, hələ başlanğıcdır. Tramp BRİKS müttəfiqliyini gücləndirən və Amerika üçün təhlükə yaradan Rusiya-Ukrayna müharibəsinin davam etdirilməsinə imkan verməyəcək. Müharibə siyasətinin müəllifləri sülhü qəbul etməsələr də, uzunmüddətli perspektivdə bu müharibəyə son qoymaq başqa yolla mümkündür. Bu da birbaşa Avropanın məhvi deməkdir”, - siyasətçi vurğulayıb.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.

Bunun ardınca Avropa liderləri, o cümlədən Kanada Baş naziri Trüdo Zelenskiyə birmənalı dəstək veriblər.

Tarix
2025.03.01 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla