Yuxarı

Baş nazir istefa verdi, etirazlar isə səngimir: Bu dəfə Nişdə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir istefa verdi, etirazlar isə səngimir: Bu dəfə Nişdə...

Serbiyada minlərlə insan ölkənin üçüncü böyük şəhəri olan Nişdə etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərin mərkəzi meydanına toplaşıb, əllərində bayraqlarla şüarlar səsləndiriblər.

Etirazçılar ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryol vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəzadan 4 ay keçməsi ilə əlaqədar bu addım atıblar. Aksiyanın 18 saat davam edəcəyi bildirilib.

Qeyd edək ki, Novı Sad dəmiryol vağzalındakı qəza Serbiyada gündəmdən düşmür. Hadisədən ötən dövr ərzində, eləcə də etiraz aksiyaları başlayandan bəri tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, daxili və xarici ticarət naziri Tomislav Momiroviç, Baş nazir Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriçin istefa veriblər. Serbiya Prezidenti Aleksandar Vuçiç hökumətin yenidən formalaşdırılacağını bildirib.

Tarix
2025.03.01 / 22:09
Müəllif
Axar.az
Digər xəbərlər

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla